Oyunlar zolağında hərəkət qadağası qüvvədə qalmaqdadır
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib.
BŞDYPİ-dən Oxu.Az-a verilən məlumata görə, Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda digər avtomobillərin hərəkəti üçün qoyulan qadağa iyulun 1-də götürüləcək.
BŞDYPİ sürücülərə müraciətində Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan sarı zolaqda hərəkət etməməyi tövsiyə edib.
Mənbə:> Oxu.Az