Sürücülərə xəbərdarlıq
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə xəbərdarlıq edib.
ANS PRESS-in “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün dayandırılıb.
Səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.
Mənbə:> ANSPRESS