Diqqət: Bu yolda “Oyunlar zolağı”ı ləğv edildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Diqqət: Bu yolda “Oyunlar zolağı”ı ləğv edildi

Diqqət: Bu yolda “Oyunlar zolağı”ı ləğv edildi

Yolun hərəkət hissəsinin ensiz olduğu üçün.

Daha bir ərazidə I Avropa Oyunları zamanı müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində çəkilmiş “Oyunlar zolağı”nın yeri dəyişdirilib.

Oxu.Az-ın “Azəryolservis”ə istinadən məlumatına görə, dəyişiklik yalnız Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsində yerləşən dairədən Avdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsünədək olan hissəsində həyata keçirilib. Sözügedən ərazidə “Oyunlar zolağı” yolun hərəkət hissəsinin solundan sağına keçirilib.

Qeyd edək ki, bundan öncə anoloji addım Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Beynəlxalq Avtovağzal ərazisindən çıxan hissəsi ilə kəsişməsindən “20 Yanvar” tunelindən keçməklə “20 Yanvar” dairəsi istiqamətində olan yolda atılmışdı.

Daha bir dəyişiklik Tbilisi prospektinin Abdulvahab Salamzadə küçəsinin kəsiməsində yerləşən yol ötürücüsündən “20 Yanvar” dairəsinə daxil olan yan yola qədər olan hissəsində həyata keçirilib. Sözügedən istiqamətdə yolun hərəkət hissəsinin ensiz olması nəzərə alınaraq burda “Oyunlar zolağı” ləğv edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *