Bakıda “Oyun zolağı”nın yeri dəyişdirilir » AzNews.info -Xəbər portalı

Bakıda “Oyun zolağı”nın yeri dəyişdirilir

Bakıda “Oyun zolağı”nın yeri dəyişdirilir


Bakıda salınan “Oyunlar zolağı”nın yeri dəyişdirilir. Anspress-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumatlar verilib.

Verilən məlumatlara görə, bir neçə ərazilərdə çəkilən zolaqların yeri səhv olub. Zolaq səhv çəkildiyi üçün onlar silinib və yeniləri çəkilib.

Məsələyə aydınlıq gətirmək üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Anspress-ə verdiyi məlumata görə, əslində yayılan xəbərlər bir az şişirdilib. Onun sözlərinə görə, yalnız bir ərazidə çəkilən “Oyun zolağı”nın yeri dəyişdirilib.

“Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında çəkilən “Oyun zolağı” soldan sağa dəyişdirilib. İlk dəfə zolağı sol tərəfdən çəkmişdilər. Sonradan həmin ərazidə tıxac yarandı. Tıxacın qarşısını almaq və yolda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün “Oyun zolağı” soldan sağa keçirilib”, - deyə Anar Nəcəfli bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *