NATO Moldovada ofis açacaq
NATO Moldovada əlaqə ofisi açmaqla, bu ölkəyə hərbçi göndərmək niyyətində deyil. Bu, diplomatik missiyadır.
RİA Novosti bildirir ki, bunu Alyansın baş katibinin müavini Rouz Getemüller deyib.
Xatırladaq ki, Moldova prezidenti İqor Dodon bundan əvvəl Kişinyovda NATO Əlaqə Bürosunun yaradılmasının əleyhinə olduğunu bildirmişdi.
“Bu il Kişinyovda NATO-nun əlaqə üzrə yeni ofisi yaradılacaq. Bu hərbi baza deyil, mülki şəxslərin çalışacağı kiçik bir diplomatik missiyadır. NATO hərbçiləri Moldovaya göndərilməyəcək. NATO-nun ofisləri Rusiya, Ukrayna, Gürcüstan kimi digər tərəfdaş ölkələrdə də yaradılıb”, - deyə Getemüller Dodonla görüşündən sonra bildirib.
Mənbə:> Virtualaz.org