CNN: Putin Obamanı biabır etdi
Bu gün Amerikanın əsas xəbər telekanallarından olan CNN özünün Moskvadakı keçmiş təmsilçisi Cill Dogerti ilə canlı bağlantı qurub və efirdə Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni sanksiyalarına cavabılnı şərh edib. Xatırladaq ki, Putin Obamanın addımına qarşılıq olaraq, Amerika diplomatlarını ölkədən qovmayıb, əksinə, onların övladlarını Kremlə - Yeni il yolka şənliyinə dəvət edib, bundan sonra isə Obamanı Yeni il münasibətilə təbrik edib.
Virtualaz.org CNN-in efirində mərkəzi studiya ilə Cill Dogerti arasında baş vermiş dialoqu olduğu kimi sizə təqdim edir:
Studiya: Bizimlə bağlantıda Sietldən (Vaşinqton ştatı) CNN icmalçısı Cill Dogertidir. Əvvəllər o, CNN-in Moskva bürosunun başçısı vəzifəsində çalışıb. Cill, hadisələr necə dəyişdi! Cəmi bir neçə saat öncə siz xəbər verirdiniz ki, Kreml “dişə diş” prinsipi üzrə cavab sanksiyaları tətbiq etməyə hazırlaşır, indi isə Putin bəyan edir ki. Amerika diplomatlarını ölkədən çıxarmağa hazırlaşmır. Nə baş verir?
Cill Dogerti: Düşünürəım ki, hazırda doğrudan da, çox maraqlı hadisələr baş verir. Vladimir Purin, sözün həqiqi mənasında, bunları deyib: Biz bundan sonra Obamanı fəaliyyətdə olan prezident kimi tanımırıq. Formal olaraq, əlbəttə ki, o, Obamanı tanıyır, lakin faktiki olaraq, bunu nəzərdə tuturdu: biz sadəcə olaraq gözləyirik ki, növbəti prezident vəzifələrinin icrasına başlasın, buna görə də, Obamanın hərəkətlərinə əhəmiyyət vermirik.
Bu, çox təəccüblüdür: Putin Amerikanın çağırışına cavab vermir, halbuki adəti üzrə, Rusiya prezidenti mütləq belə addım atardı. Belə hallarda “dişə diş” prinsipi işə düşür. Hamı hər zaman başqa insanların hesabına cavab verir: ölkə nümayəndələrinin, diplomatların və sairə.
Amerikanın çağırışına əhəmiyyət verməyərək, Putin Obamanı ağlasığmaz dərəcədə biabır edib. Prezident Tramp da çox çətin vəziyyətdə qalıb. İndi hamı gözləyir ki, o, vəzifələrinin icrasına başlayan kimi Rusiya-ABŞ münasibətlərində yaranmış çatı dəf etməyə çalışacaq. O, Putinə müraciət edərək birləşməyi, bu hadisəni unutmağı və gələcəyə baxmağı təklif edəcək.
Putin inanılmaz hərəkət etdi. Deyərdim ki, bu, son dərəcə onun üslubundadır. O, gözlənilməz hərəkətlər etməyi ustalıqla bacarır. Bu hərəkət isə, doğrudan da, gözlənilməz idi.
Mənbə:> Virtualaz.org