Putin 3 saat imtahan verdi – VİDEO
Rusiya prezidenti Vladimir putinlə canlı bağlantı ilk dəfə 2001-ci ilin dekabrında olub. O vaxtdan prezidentin vətəndaşları ilə bu üslubda ünsiyyəti ənənə halı alıb. Bununla bağlı daha bir ənənə isə KİV tərəfindən bağlantının statistikasını verməkdir.
ANS PRESS-in məlumatına görə, Rusiyanın “Rossiya 24” və “TVS” kanalı bu həftə keçirilən son canlı bağlantı ilə bağlı araşdırma apararaq maraqlı rəqəmlər əldə edib.
Statistikada prezidentin neçə saat canlı bağlantıda olduğu, hansı və neçə suala cavab verib-vermədiyi, hansı suala ən az hansına ən çox vaxt sər edildiyi, hansı problemlərlə bağlı prezidentin daha çox danışdığı və s. məlumatlar əks olunur.
Bu rəqəmlər Rusiyada insanların daha çox nədən əziyyət çəkdiyini, hansı problemlərin prezident və vətəndaşlar üçün daha aktual olduğunu göstərir.
Məsələn Putin 3 saata yaxın bağlantı zamanı 55 dəqiqə iqtisadi böhranla bağlı, 27 dəqiqə sosial siyasət, 22 dəqiqə xarici siyasət, 20 dəqiqə Ukrayna və Donbas, 15 dəqiqə isə daxili siyasətdən danışıb.
Mənbə:> ANSPRESS