Rusiyanın Dəməşqdəki səfirliyi yenidən atəşə tutulub
Rusiyanın Dəməşqdəki səfirliyi dekabrın 29-da yenidən atəşə məruz qalıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.
Məlumata əsasən, minaatan mərmisi diplomatik missiyanın ərazisində konsul şöbəsinin girişinin yaxınlığında düşüb.
Qeyd olunur ki, atəş Dəməşq ətrafında yaraqlıların nəzarəti altında olan ərazidən açılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Mənbə:> Oxu.Az