Timoşenkodan ağlasığmaz təklif
Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Ukrayna prezidenti vəzifəsinin ləğv olunması təklifi ilə çıxış edib.
AzNews.info Publika.az xəbər verir ki, keçmiş baş nazir bu təklifi “Ukrayna 112” telekanalının efirində səsləndirib.
Onun sözlərinə görə, prezident postu Ukrayna üçün lazım deyil.
Eyni zamanda Timoşenko qeyd edib ki, prezident ambisiyalarından imtina etmir. “Mən Ukraynanı dəyişdirmək istəyirəm. Mən bunun üçün hansı alətlər lazımdırsa, onlardan istifadə edəcəyəm”, - o vurğulayib.
Dekabrın 1-də “Batkivşina” lideri bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko yaxın vaxtlarda dövlət başçısı postunu tərk edə bilər: “Sosioloji sorğular göstərir ki, prezidentin reytinqi hazırda üç faiz təşkil edir. Poroşenko anlayır ki, bu, onun siyasi karyerasının sonudur”.
Mənbə:> Publika.az