ABŞ senatorları “xuliqan Rusiya” üçün miqyaslı cavab hazırlayırlar
ABŞ-ın Demokratlar və Respublikaçılar partiyalarının senatorları Rusiyanın hərəkətlərinə qarşı miqyaslı cavab verməyə hazırlaşırlar.
Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Senator Ben Kardin bildirib ki, Rusiyanın Ukrayna, Suriyada fəaliyyəti, eləcə də kiberhücumlar kimi qanunazidd hərəkətlərinə qarşı hər şeyi əhatə edən qanun layihəsi üzərində iş gedir.
“Rusiya Amerika üçün ciddi problemdir. Onlar tərəfdaşlarımız deyillər. Rusiya xuliqandır”, - Kardin bildirib.
Kardin qanun layihəsinin təfərrüatlarını təqdim etməkdən imtina edib. Əlavə sanksiyalardan söhbət gedə bilərmi sualına isə Kardin “Bizim cavabımız həlledici olacaq” deyib.
Mənbə:> Oxu.Az