Nikolay Rıjkov: "Bəli, Azərbaycana silah satırıq, noolsun?”
RF Federasiya Şurasının üzvü Nikolay Rıjkov Ermənistan Milli Məclisində jurnalistlərlə görüşündə Azərbaycana silah satışı məsələsinə də toxunub.
Virtualaz.org bildirir ki, bu barədə aysor.am saytı məlumat yayıb.
"Bu köhnə məsələdir. Bəli, biz silah satırıq, noolsun? Bu heç də o demək deyil ki, biz silahı qəsdən satırıq ki, müharibə başlansın", - deyə N.Rıjkov vurğulayıb.
Jurnalistlərin “bu məsələ köhnə yox, ağrılıdır” qeydinə isə N.Rıjkov belə reaksiya verib: "Qarabağ münaqişəsini tez həll etmək lazımdır. Onda hər şey öz yerini tutacaq".
Mənbə:> Virtualaz.org