O, buna necə nail oldu... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

O, buna necə nail oldu... – FOTO

O, buna necə nail oldu...

ABŞ-da Donald Tramp bir ildən artıqdır ki, davam edən seçki kampaniyasının əvvəlindən bütün gözləntiləri dəf edərək qələbə qazandı. O, buna necə nail oldu?

BBC-nin Şimali Amerika üzrə müxbiri Anthony Zurcher bu suala cavab tapmağa çalışıb.

Donald Tramp-ın öz namizədliyini irəli sürəcəyini cəmi bir neçə adam proqnoz edirdi. Lakin cənab Tramp seçkilərdə işrirak etməyə qərar verdi. Onun reytinqlərinin yuxarı olmayacağını proqnoz edirdilər. Lakin bu proqnoz da özünü doğrultmadı. Deyirdilər ki, o, praymeriz seçkilərini qazanmayacaq. Hərçənd ki, Tramp bunun öhdəsindən də gəldi. Ehtimal edilirdi ki, o, Respublikaçıların vahid namizədi olmayacaq, lakin Tramp buna da nail oldu.

Və nəhayət, iddia edilirdi ki, Tramp seçkilərdə qələbə qazanmayacaq. Lakin bütün proqnozları dəf etmiş Donald Tramp artıq seçilmiş prezidentdir.

Trampın bir çoxları üçün gözlənilməz qələbəsinin 5 səbəbi bunlardır:

O, buna necə nail oldu...



Seçici səfərbərliyi

Tərəddüd edən Ohio, Florida və Şimali Carolina ştatları həlledici seçimi Donald Trampın xeyrinə etdi. Klintonun düşərgəsinin ümidləri ölkənin Mərkəz-Qərbindəki ştatlarla bağlı idi. Bu ştatlardakı qaradərili və ağdərili fəhlə təbəqəsi onilliklər boyu demokratlara səs verirdi. Lakin bu seçkilərdə, xüsusən də, ali təhsili olmayan ağdərili fəhlələr ənənəvi dəstəklədiyi partiyadan üz döndərdilər. Hakim dairələrin, siyasi elitanın, onlara diqqət yetirmədiyini düşünən kənd sakinləri kütləvi şəkildə seçki məntəqələrinə gələrək öz seçimini etdilər. Beləliklə Virginia və Kolorado Trampa dəstək verdi.

Bunun Viskinsonda səsvermə Hillari Klintonun prezidenlik ümidlərini puça çıxartdı. Xanım Klinton Kaliforniya və New York kimi yerlərdə ən çox səs toplayıb. O, ən həlledici məğlubiyyətlə isə Utah kimi ənənəvi respublikaçı ştatlarında üzləşib. Trampı dəstəkləməyə meylli olan ştatlarda respublikaçı namizədin qələbəsi inandırıcı olub.

Mübarizədən çəkinməyən Donald

O, buna necə nail oldu...


Kampaniya gedişatında Tramp müharibə veteranı, senator Con Makkeyni təhqir etdi. O, Fox News kanalı və onun populyar aparıcısı Megan Kelly ilə mübahisəyə girməkdən də çəkinməyib. Lakin gözəllik müsabiqəsi qalibinin çəkisi ilə bağlı istehzalı şərhlərə gəlincə Tramp sözlərindən imtina etdi. O, həmçinin qadınlara qarşı seksual zəminli şərhlərinə görə üzrxahlığını bildirdi. Donald Trampın televiziya debatlarına zəif hazırlandığı hiss olunurdu. Lakin bunların hamısı respublikaçı namizədə sanki təsirsiz ötüşdü. Ən uğursuz hadisələrdən sonra onun reytinqi aşağı düşsə də, Trampa olan dəstək səviyyəsi dəyişməz olaraq yüksək qalırdı.

Ola bilsin ki, qalmaqallı məsələlərin tez-tez qaldırılması onların effektini zəiflədib. Səbəblərdən asılı olmayaraq Trampın müdafiəsini yarmaq mümkün olmayıb.

Kənar şəxs

O, buna necə nail oldu...


Kampaniyanın gedişatında Demokratlara qarşı mübarizə aparan Tramp həm də öz partiyasının daxilində müqavimətlə üzləşib. O, hər iki halda qarşısındakı maneələri dəf edə bilib. Donald Tramp Respublikaçı partiyasında Marco Rubio, Ted Cruz, Chris Christie və Ben Carson kimi rəqiblərini qətiyyətlə məğlub edib. Ceb Buşh və Ohio qubernatoru Con Kasiç artıq partiyada aparıcı mövqelərə malik deyillər. Cənab Trump-ın onların köməyinə ehtiyacı yoxdur. Ola bilsin ki, partiya liderlərinə qarşı çıxmaq Trampın uğurunun səbəblərindən biridir.

Donald Tramp "hamısı rədd olsun" deməklə hakim dairələrdən fərqli olduğunu göstərib. Hakim dairələrə qarşı etiraz hisslərinin olduğu bir vaxtda bu, uduşlu gediş idi. Vaşinqton hakim dairələrinə aiddiyyatı olmadığını Berni Sanders və Ted Kruz da nümayiş etdirib. Lakin Donald Tramp kənar namizəd rolunu daha məharətlə yerinə yetirib. Bu, ona prezidentliyi qazandıran amillərdən biridir.

Ceyms Komi faktoru

O, buna necə nail oldu...


Seçkilərin son mərhələsində namizədlərin reytinqləri demək olar ki, yaxın idi. Səsverməyə iki həftə qalmış FTB direktoru Ceyms Komi elan etdi ki, Hillary Klintonun dövlət katibi olarkən şəxsi e-maildən istifadəsilə bağlı ikinci araşdırma başlanır. Belə görünür ki, FTB-nin e-mail araşdırması ilə bağl ilk bəyanatdan sonra Tramp öz seçicilərini səfərbər etməyə nail oldu. O, qatı mühəfizakarların dəstəyini təmin etməklə yanaşı Klintonu cazibədar yekun mesaj vermək fürsətindən məhrum etdi. Təbii ki, Klinton Dövlət Departamentinin e-mail sistemindən istifadə etsə idi, bu məsələ heç bir vaxt gündəmə gəlməzdi. Bunun məsuliyyəti Klintonun üzərinə düşür.

O, buna necə nail oldu...

Daxili instiktlərinə inam

Tramp ən qeyri-adi siyasi kampaniyalarından birisini aparıb. O, seçicilərlə görüşlərə üstünlük verib. Tramp mütəxəssislərin məsləhətinə əks olaraq adətən demokratlara səs verən Viskinson və Miçiqan ştatlarına baş çəkib. O, qapı-qapı gəzib seçicilərlə görüşmək əvəzinə izdihamlı mitinqlər keçirib. Donald Tramp qələbə qazanmanın qəbul olunmuş qaydalarını alt-üst edib. Onun qərarları seçki ekspertləri dairələrində lağa qoyulsa da, nəticə verib. Nəticədə Tramp, ekspertlərin proqnozlarına rəğmən ABŞ prezidentliyini qazanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *