Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir » AzNews.info -Xəbər portalı

Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir – FOTO

Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir


Ermənistan xarici işlər nazirinin sir-sifətindən diplomatdan başqa nəyə desən oxşayan müavini Şavarş Köçəryan jurnalistlərə deyib ki, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar dondurulub və prezidentlərin görüşü olmayacaq.

Virtualaz.org xəbər verir ki, Köçəryanın bu sözlərini İrəvanın danışıqlar prosesinə dair rəsmi mövqeyi hesab etmək olar. Hərçənd ki, qeyri-ciddi imicə malik olan, diplomatiyadan uzaq Köçəryan bir qayda olaraq mikrofon görən kimi tipik erməni ultraşovinist xadimi qismində pafoslu açıqlamalar verməyə meyllidir.

Lakin indi Şavarş Köçəryan XİN rəhbərinin müavini postunda nə qədər qeyri-ciddi imicə malik olsa da onun danışdıqlarından Ermənistanda hökm sürən əhval-ruhiyyənin əlamətlərini sezmək çətin deyil. İrəvanda hesab edirlər ki, Rusiya Ermənistana “İsgəndər” raketləri, “Smerç” reaktiv yaylım atəşi sistemləri və digər silahları verəndən sonra hərbi sahədə balansa nail olublar. Deməli aprel məğlubiyyətinə görə hansısa formada revanşa əl atmaq olar. Məsələn, danışıqlardan nümayişkarənə şəkildə uzaqlaşmaqla və paralel olaraq təmas xəttində gərginliyi artırmaqla. Hansı ki, bunun əlamətləri son günlər getdikcə daha çox müşahidə olunmaqdadır.

Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir


Doğrudur, Ermənistan rəhbərliyinin danışıqlardan imtina etməklə bağlı uğursuz demarşı bundan əvvəl də bir neçə dəfə qeydə alınıb. Məsələn, Azərbaycan Qarabağ məsələsini BMT Baş Assambleyasında müzakirəyə çıxarıb Ermənistanın işğalçı olduğunu təsbit edən qətnamənin qəbuluna nail olanda. Yaxud aprelin əvvəllərində Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yarıb müəyyən əraziləri geri alanda. Hamının yadındadır ki, prezident Serj Sərkisyan Təhlükəsizlik Şurasını yığıb Azərbaycan öz qoşunlarını aprelin 2-dən əvvəlki mövqelərə çəkməyənə qədər İrəvanın danışıqlardan imtina edəcəyini elan etmişdi. Ancaq cəmi bir neçə həftə bir həmin Sərkisyanı danışıqlar masası arxasında gördük.

Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir


Bu baxımdan Ermənistan nümayəndələrinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona son səfərlərinin ardınca danışıqların dondurulduğunu, prezidentlərin yeni görüşünün olmayacağını bildirməsi nə dərəcədə qəti mövqedir, məlum deyil. Ancaq məlum olan budur ki, Ermənistan rəhbərliyi danışıqlardan məsafə saxlamaqla bunu vasitəçilərə, habelə Bakıya təzyiq elementi kimi istifadə etməyə çalışır. Özü də Azərbaycan tərəfinin danışıqların intensivləşdirilməsinə, mahiyyət üzrə müzakirələrin aparılmasına çağırdığı bir vaxtda.

Azərbaycan tərəfi Ermənistanın bütün qeyri-konstruktiv davranışlarına baxmayaraq yüksək səviyyədə danışıqların yeni raundunun keçirilməsinə tərəfdardır. Həmsədrlər Bakıdakı müzakirələrdən sonra açıqlamışdılar ki, prezident İlham Əliyev erməni həmkarı ilə görüşməyə hazır olduğunu onlara bildirib. Və elan edilib ki, Ermənistan tərəfi də razılıq versə prezidentlərin növbəti görüşünün yerini, vaxtını dəqiqləşdirmək olar. İndi isə Sərkisyan özü danışmasa da İrəvanda xarici işlər nazirinin müavini vəzifəsini tutan biri deyir ki, belə görüş olmayacaq. Çünki danışıqlar dondurulub.
Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir



Və olduqca maraqlı və diqqətəlayiqdir ki, İrəvanın bu hərəkətləri azı iki həmsədr ölkənin-ABŞ və Rusiyanın son günlər verdiyi səs-küylü bəyanatlarla uzlaşır. Əvvəlcə dövlət katibi Con Kerri, daha sonra Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdilər ki, Qarabağ məsələsinin həllinə ümid yoxdur, yəni danışıqların aparılması əhəmiyyətini itirib. Bu bəyanatlar haqlı olaraq Bakıda etiraz və narahatlıq doğurdu. Əgər münaqişənin həlli üçün vasitəçilik edən superdövlətlər belə hesab edirsə o zaman Ermənistan status-kvonu uzatmaq üçün bundan daha yaxşı dəstəyi haradan tapa bilərdi?

Beləliklə, sülh yoluyla nizamlama perspektivləri baxımından situasiya tamamilə dalana dirənmiş olur və eyni zamanda təmas xəttində gərginlik artır. Bir neçə aylıq fasilədən sonra erməni tərəfi yenidən ağır silahları işə salır, hələlik 60 millimetrlik minaatanları. Təbii ki, Azərbaycan ordusu da bunu cavabsız qoya bilməz. Deməli situasiya apreldən əvvəlki mövqe döyüşlərinə geri dönəcək.

Sərkisyan görüşdən imtina edir, Əliyev ordunu poliqonlara yeridir


Digər tərəfdən Sərkisyanın danışıqlardan imtina etdiyi bir vaxtda Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən silahlı qüvvələr son illərin ən irimiqyaslı hərbi təlimlərinə start verir. Ali Baş komandanın əmri əsasında silahlı qüvvələrin 60 minlik şəxsi heyəti, yüzlərlə raket-artilleriya sistemi, onlarla döyüş təyyarəsi və digər texnikanın cəlb olunduğu səhra təlimləri bir həftə davam edəcək. Gözlənilir ki, təlimlərin gedişində silahlı qüvvələr düşmənin malik olduğu yeni silah sistemlərini də nəzərə almaqla düşmən ərazilərinin dərinliklərində yerləşən hədəflərin vurulması ilə müşaiyət olunan hücum taktikasını sınaqdan keçirəcəklər. Bu, blef deyil, danışıqlara dair ümidsizliyin son həddə çatdığı bir vaxtda Bakının hərb yoluna əl atmaqdan başqa variantının qalmadığına eyhamdır...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *