Klinton yenidən istintaqda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Klinton yenidən istintaqda

Klinton yenidən istintaqda


ABŞ-ın Federal Təhqiqatlar Bürosu sabiq dövlət katibi və Demokratlar Partiyasından prezident postuna namizədi Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı yenidən bərpa edib.

AzNews.info-nun məlumatına görə, APA Reuters agentliyinə istinadən xəbər verir ki, bunu FTB-nin direktoru Ceyms Komi bəyan edib. O artıq bununla bağlı Konqresi məlumatlandırdığını da bildirib.

C.Kominin sözlərinə görə, digər iş üzrə araşdırma aparan FTB həmin işin Klintonun xidməti və fərdi yazışmaları ilə əlaqəli olduğu qənaətinə gəlib. Komi qeyd edib ki, FTB əməkdaşları məktubların məzmunu ilə yenidən tanış olmalı, onların istintaq üçün mühümlüyünü qiymətləndirməlidirlər.

İddiaya əsasən, H.Klinton 2009-2013-cü illərdə dövlət katibi vəzifəsində çalışarkən şəxsi server vasitəsilə xidməti və fərdi yazışmalar apararaq, məxfi xarakterli dövlət məlumatlarının gizlədilməsinə və yayılmasına şərait yaradıb.

Xatırladaq ki, Hillari Klinton iyulun 2-də Federal Təhqiqatlar Bürosunun müstəntiqləri tərəfindən “elektron poçt işi” üzrə 3,5 saat dindirilib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *