İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi… » AzNews.info -Xəbər portalı

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi… – FOTO

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


Özbəkistanın vəfat etmiş prezidenti İslam Kərimovun ikinci evliliyindən Lola və Gülnarə adlı iki qızı var. Onlar bir neçə il əvvələ kimi Özbəkistandakı proseslərə təsir edə bilirdilər. Lakin ailədaxili problemlərə görə, Gülnarə hazırda Daşkənddə ev dustağıdır.

Kərimov niyə ağlayıb?

Atası Gülnarə Kərimovanı maşından çıxan yerdə qarşılayıb və onu döyməyə başlayıb:
“Məni bütün dünyada biabır etmisən. Çılpaq şəkillər çəkdirmək üçün jurnalistlərin qarşısına keçirsən. Təkcə məni yox, ananı, bütün ailəmizi biabır edirsən”.
Bundan sonra Kərimov mühafizəçilər və qulluqçulardan onu tək qoymağı tələb edib. Neçə saatdan sonra iqamətgaha daxil olan prezidenti onu tərk etməyən mühafizəçisi ağlayarkən görüb.

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…
İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…
İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…
İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…
İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


Bəs prezident qızını kim yoldan çıxarıb?
Prezidentlə qızı arasında baş verən xoşagəlməz hadisələrdə Kərimovun baldızı Tamara Sobirovanın oğlu Əkbərəli Abdullayevin rolu böyük olub. Onun xalası qızı G.Kərimova ilə münasibətləri yaxşı olub. Hətta o dərəcədə ki, G.Kərimova özü prezident olmasa, atasından sonra Əkbərəlini prezident görmək istədiyini bildirib. Gülnarənin dediyi bu sözlər az müddət ərzində mətbuatda yayılıb. Bu xəbərlərdən sonra xüsusi xidmət orqanları Ə.Abdullayev haqqında material toplamağa başlayıblar. Bundan sonra Kərimov Abdullayevin onun taxt-tacına iddialı olduğunu öyrənib. Gülnarənin də onu dəstəkləməsindən çəkinmədən danışdığını bilib. Buna əsəbiləşən prezident Ə.Abdullayev barədə cinayət işinin açılması barədə tapşırıq verib. Lakin Əkbərəli Dubayda olduğu üçün onun həbsi gecikir. Onun qayıtmadığını görəndə xüsusi xidmət rəisi Rüstəm İnayətov Gülnarə Kərimovanı əmin edir ki, xalası oğlu ölkəyə qayıdarsa, heç bir təhlükə ilə üzləşməyəcək. G.Kərimova isə ona inanır və öz mobil telefonu ilə xalası oğluna zəng edərək onu Daşkəndə çağırır. Lakin Abdullayev qayıtdığı gün həbs edilir.

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


Bundan sonra aləm lap bir-birinə qarışır. Xalası oğlu həbs ediləndən sonra Kərimova İnayətovun ünvanına söyüşlər və təhqirlər işlədir. Bunlara dözməyən R.İnayətov baş verənləri prezidentə danışır, üstəgəl, xalası və xalası oğlunun rəhbəri olduğu müəssisələrdən 50-70 milyon dollar arası “haqq” aldığını da prezidentə çatdırır.
Gülnarə Kərimovanın çılpaq şəkilləri isə məsələni nidayla sonlandırmağa gətirib çıxarır. Prezident kiçik qızı Lola ilə Gülnarə arasında olan münasibətlər barədə də məlumatlandırılır. Onların 10 ildən artıq müddətdir ki, bir-biri ilə danışmadıqları Kərimova bildirilir. Prezidentin masasının üstünə G.Kərimovanın Qərb mətbuatında dərc olunan çılpaq fotoları qoyulanda isə İ.Kərimov əsəblərini cilovlaya bilmir və olanlar olur.

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


Doğma bacılar niyə danışmır?
Mətbuatda tez-tez Lola Kərimovanın var-dövləti, villaları haqqında geniş məqalələr yazılır. Və bütün bunların Gülnarə Kərimova tərəfindən edildiyi bildirilir. Gülnarə Kərimova dəfələrlə bacısının ərinin biznesinə mane olmağa çalışıb. Lola Kərimova isə açıq şəkildə bacısı ilə 10 ildən çoxdur küsülü olduğunu deyir. O, jurnalistlərin “Bacınızla münasibətləriniz necədir” – sualına, “olmayan münasibətlərdən nə danışmaq olar” – deyə cavab verir:
“Bu illər ərzində heç bir şəkildə əlaqəmiz olmayıb. Biz heç ailə yığıncaqlarında da görüşmürük”.
İki bacının soyuq münasibətinin səbəbi isə L.Kərimova “biz ayrı-ayrı insanlarıq” deməsidir:
“Münasibət üçün nələrsə üst-üstə düşməlidir. Bizdə ortaq heç nə yoxdur. Uşaqlıqdan belə idi, getdikcə daha da dərinləşdi”.

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


Lakin bir çox mənbə bacıların hakimiyyət davası etdiyini deyir. L.Kərimova bacısının mafioz şəbəkə yaratmasını, futbol ulduzu Kristiano Ronaldo da daxil olmaqla, dünyanın bir sıra tanınmış şəxsləri ilə eşq macərası yaşaması, dövlət vəsaitlərini ələ keçirməsi ilə bağlı məsələləri mətbuata ötürür.

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


Lola Kərimovanı ölkədən kim qovub?
Nə Timur Təllayevin, nə də Lolanın Özbəkistanı niyə tərk etdikləri açıqlanmır. Guya onların getməsinə Gülnarə Kərimova ilə arasında yaşanan münaqişə səbəb olub. Digər tərəfdən isə deyilir ki, Kərimovlar bu evliliyə qarşı olub.

İslam Kərimov qızını bu şəkillərə görə həyatından silmişdi…


İslam Kərimov sentyabrın 2-də 78 yaşında vəfat edib…

Mənbə: Admiral.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *