Türkiyə ordusu kürdlər ilə razılığa gəlməyib
Türkiyə ordusu Suriya kürdləri ilə atəşkəs barədə razılığa gəlməyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters-ə Suriya üsyançılarının dairəsindən olan mənbə məlumat verib.
Onun sözlərinə görə, tərəflər sadəcə hərbi əməliyyatlara fasilə veriblər.
Xatırladaq ki, bir az əvvəl ABŞ Ankara və Suriya kürdlərinin hərbi qüvvələri arasında barışıq sazişi bağlanması barədə məlumat yaymışdı.
Mənbə:> Oxu.Az