Suriya ordusu Rusiyanın dəstəyi ilə Rakkaya daxil oldu
Suriya hökümət qüvvələri iyunun 4-də Rakka əyalətinin sərhədini keçərək İŞİD terror təşkilatının eyniadlı “paytaxtı”na yaxınlaşıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Suriya İnsan Hüquqları üzrə Rəsədxanasına istinadən Reuters agentliyi məlumat verir.
Agentliyin məlumatına görə, Suriya ordusu bu ərazilərə Rusiya Hərbi-Kosmik Qüvvələrinin dəstəyi ilə daxil olub.
Hərbi mənbə Sputnik agentliyinə bildirib ki, əməliyyat zamanı hərbçilər Rakka əyalətində strateji əhəmiyyətə malik Əbu əl-İlac kəndini ələ keçiriblər.
Hazırda ordu Rakka şəhərinin yaxınlığında yerləşən Ət-Tabka şəhərinə doğru irəliləyir.
Mənbə:> Oxu.Az