Tramp respublikaçılardan ABŞ prezidentliyinə namizəd oldu
Donald Tramp rəsmi olaraq Respublikaçılar partiyasından ABŞ prezidenti postuna namizəd oldu.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu qərarı çərşənbə günü Klivlenddə partiya qurultayının iştirakçıları qəbul ediblər.
ABŞ-ın 50 ştatının və Kolumbiyanın Federal Dairəsinin Trampın namizədliyi üzrə nümayəndəsinin səsverməsi çərşənbə günü saat 17:30-da başlayıb və indiyə qədər davam edir. Partiyanın qaydalarına görə, iş adamnın namizədliyinin irəli sürülməsi üçün sadəcə səslərin çoxluğu tələb edilirdi (2472 mümkün səsdən 1237 səs).
Lazım olan səs sayı səsvermə başladıqdan bir saat sonra yığılıb.
Mənbə:> Oxu.Az