“NATO sammitində qalmaqal” – Ərdoğan Merkeli… » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

“NATO sammitində qalmaqal” – Ərdoğan Merkeli…

“NATO sammitində qalmaqal” – Ərdoğan Merkeli…


Turkustan.info xəbər verir ki, “Spiegel Online” başda olmaqla Almaniyanın nüfuzlu media orqanlarının “NATO sammitində qalmaqal” başlığı ilə yaydıqları xəbərdə, Türkiyənin İncirlik hərbi bazasında olan alman əsgərlərini ziyarət etmək istəyən Almaniya parlamentinin deputatlarına icazə verməməsinin böhrana səbəb olduğu bildirilir.

İddialara görə, Merkel Ərdoğandan alman deputatların İncirlik ziyarətinə icazə verməsini tələb edib. Ancaq Ərdoğan Merkelin bu tələbinə saxta “erməni soyqırımı” layihəsi ilə cavab verib. Ərdoğan Merkeldən hökumətinin saxta “erməni soyqırımı” layihəsini dəstəkləmədiyini açıqlamasını, deputatların isə saxta layihəni rədd etmələrini istəyib. Türkiyə prezidenti ancaq bundan sonra millət vəkillərinin İncirlikə səfər edə biləcəyini deyib. Merkel isə “qarşılıqlı diplomatik mövqelərimizi müəyyənləşdirdik” deyərək, baş vermiş qalmaqalı yumşaltmağa çalışıb.

Qeyd edək ki, bəzi alman mediası baş verdiyi iddia olunan olayı, “Ərdoğan Merkeli acıladı”, bəziləri isə “NATO sammitində qalmaqal” başlığı təqdim edib.

Mənbə: Turkustan.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *