Türkiyə prezidenti Avropa liderlərinə "diktator" damğası vurub – VİDEO
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan miqrantlara ölkə sərhədlərini bağlamazına görə Avropa liderlərinə “diktator' damğası vurub.
ANS PRESS-in məlumatına görə, bundan əvvəl Avropa Bİrliyi ilə Türkiyənin yollarının ayrı olduğunu deyən prezident son çıxışında Avropa Birliyinin Suriyadan qaçan miqrant və qaçqınlara qarşı qəddar münasibətini pisləyib.
"Ankara və İstanbul teraktlarına dünya ictimaiyətinin reaksiyası Paris və Brüssel teraktlarına reaksiyadan kəskin şəkildə fərqlənib."
İstanbulda “Mərhəmət və Ədalət” adlı qısa metrajlı film müsabiqəsində nitqlə çıxış edən Ərdoğan Avropa dövlətlərinin ədalət və mərhəmətdən məhrum olduğunu deyib.
“Türkiyə könlünü və sərhədlərini məzlumlara açan vaxt, ağzını, gözünü və qulağını yuman “3 meymunu” oynayanlar özlərinə gəlincə qapıları bağladılar. Bunlarda mərhəmət deyilən şey yoxdur. Bunlarda ədalət yoxdur. Bunlarda diktatorluq var, bunlarda zülüm var", - Türkiyə prezidenti sərf ifadələr işlədib.
Ərdoğan eyni zamanda Suriyada İŞİD-ə qarşı savaşdığını bildirənlərin terrorçu qruplaşmadan Türkiyə qədər ziyan görmədiyini və İŞİD-in Türkiyəyə partlayışlar və Kilisdə mərmi hücumları yolu ilə Türkiyə vətəndaşlarının həyatına son qoyduğunu xatırladıb.
Habelə prezidentə görə Ankara və İstanbul teraktlarına dünya ictimaiyətinin reaksiyası Paris və Brüssel teraktlarına reaksiyadan kəskin şəkildə fərqlənib və bu açıq-aydın ədalətsizlikdən xəbər verir.
Ötən həftə Avropa komissiyasının vəd etdiyi vizasız səyahət rejimini tətbiq etməsi üçün Ankaradan anti-terror qanunvericiliyinin dəyişdirilməsini təklif etməsindən sonra Ərdoğan bu təklifləri rədd edib və Avropa Birliyi ilə Türkiyə arasında bağlanmış miqrant sazişinin gələcəyini şübhə altına alıb.
Brüssel Ankaranın terrorla bağlı qanunvericilikdə terror anlayışının konretləşdirilməsini istəyir. Qeyd edək ki, Avropa Briliyi ölkələrinin bəzi liderləri Rəcəb Tayyib Ərdoğanı dəfələrlə diktatorluqda ittiham ediblər.
Mənbə:> ANSPRESS