Ərdoğandan tarixi mesaj: “Biz yolumuzla gedirik, sən də yolunla get!”
“Avropa Birliyi vizasız rejim üçün terrorla mübarizə qanununun dəyişdirilməsini istəyir”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan AB-nin irəli sürdüyü yeni tələb barəsində danışarkən deyib.
“Terrorçuların çadır qurmasına imkan verib qarşımıza şərt qoyacaqsınız. Biz yolumuzla gedirik, sən də yolunla get!”, - Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, Avropa Komissiyası mayın 4-də Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edib. Qərar Avropa Birliyi Şurası tərəfindən də təsdiqlənərsə, vizasız rejim 1 iyul tarixindən qüvvəyə minəcək.
Beləliklə, Türkiyə vətəndaşları Şengen ölkələrinə üç aydan qısa müddətli səfərlər zamanı viza almaq məcburiyyətində qalmayacaq. Ancaq razılaşma Türkiyə vətəndaşlarına Avropa Birliyi ölkələrində iş haqqı vermir.
Mənbə:> Publika.az