Avropa Birliyi öz qapılarını türk vətəndaşları üçün açdı » AzNews.info -Xəbər portalı

Avropa Birliyi öz qapılarını türk vətəndaşları üçün açdı

Avropa Birliyi öz qapılarını türk vətəndaşları üçün açdı


Türkiyə Cümhuriyyəti vətəndaşları 2016-cı ilin oktyabrından Şengen zonası ölkələrinə vizasız gedə biləcəklər.

Oxu.Az Hürriyyet-ə istinadən xəbər verir ki, bu barədə bu ölkənin Avropa Birliyi (Aİ) üzrə naziri Volkan Bozkır Samsunda iştirak etdiyi iclasda deyib.

O, Türkiyənin Aİ ilə olan əlaqələrindən də danışıb:

“Tərəflər arasında əlaqələr bundan sonra daha da sürətlənəcək. Türk vətəndaşını bu gün narahat edən məsələlərdən biri də vizadır. 1980-ci illərə qədər viza rejimi yox idi. Bundan sonra viza rejimi tətbiq edilməyə başladı.

Bununla da bir çox vətəndaşlarımız ölkədən getməkdə çətinliklə qarşılaşırdı. Artıq 2016-cı ilin oktyabrından isə bu problem həllini tapacaq. Bununla da çox önəmli problemimiz aradan qaldırılacaq”, - deyə o qeyd edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *