BMT-də 822 saylı qətnamənin qəbulundan 24 il ötür » AzNews.info -Xəbər portalı

BMT-də 822 saylı qətnamənin qəbulundan 24 il ötür

BMT-də 822 saylı qətnamənin qəbulundan 24 il ötür


Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin qeyd-şərtsiz boşaltması barədə irəli sürdüyü 822 saylı qətnamənin qəbulundan 24 il ötür. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 1993-cü il aprelin 30-da 3205 saylı iclasda 822 saylı qətnaməni qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Xatırladaq ki, Azərbaycanın Kəlbəcər rayonu 1992-ci il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.

Dağlıq Qarabağ probleminin kökləri qədimə, daha doğrusu 18-ci əsrə qədər uzanır. Çünki ermənilər Qarabağda məqsədyönlü fəaliyyəti nəticəsində Anadoludan köçürülərək məskunlaşdırılmışlar. Tədricən çoxalan ermənilər ərazi iddiası ilə də çıxış etdilər.

Hələ Qarabağ xanlığı dövründə onlar separatçı fəaliyyət göstərərək xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər. Qarabağ xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra buraya, həmçinin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülməsi intensivləşdi. Hətta Türkmənçay müqaviləsinə bu prosesi rəsmiləşdirən bəndlər də daxil edildi.

XX əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına real iddialarla cıxış etdilər və İran və Rusiyadan güclü dəstək gördülər. 1918-ci ildə bu məqsədlə Azərbaycanın hər yerində soyqırım törədildi. Məqsəd "Dənizdən Dənizə Böyük Ermənistan" yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim türk-Azərbaycan torpağı İrəvanın ermənilərə güzəştə gedilməsi ilə zahirən hər şey düzəldi. Sovetlər dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi. Beləliklə Rusiya və İran nəinki öz məqsədinə çataraq Türkiyə və Azərbaycanı ayırdı, həmçinin Naxçıvanı da Azərbaycandan qopardı. Sovet dönəmində dəfələrlə Qarabağı ermənilərə verməyə çalışsalar da, alınmamışdı. Sovetlər dağılana yaxın artıq ermənilər Qarabağda silahlandırılmışdı və 1988-ci ildən aktiv əməliyyatlara başladılar. Əməliyyatlar 1994-cü ildə atəşkəslə dayandırıldı və bu vaxta qədər Qarabağ ermənilər tərəfindən işğal edilmişdi.

1980-cı illərin sonunda və 1990-cı illərin əvvəlində bu bölgədə baş verən etnik qarşıdurmalar və Ermənistanın Dağlıq Qqarabağı özünə birləşdirmə tələbləri Ermənistanla Azərbaycan arasında müharibəyə səbəb olur. Ermənistan ordusu Dağlıq Qarabağı və ona qonşu 7 rayonu (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğal edir. 1994-cü ildə Bişkekdə atəşkəs sazişi imzalanır. Dağlıq Qarabağda separatçı rejim 1991-ci ildə müstəqillik elan edir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu "müstəqillik" indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *