AzNews.info-ya xain hücum! » AzNews.info -Xəbər portalı

AzNews.info-ya xain hücum!

AzNews.info-ya xain hücum!


18 aprel 2016-cı il tarixində AzNews.info saytının rəsmi facebook səhifəsinə hücum olub.

Xakerlərin xain hücumu nəticəsində AzNews.info-nun rəsmi facebook səhifəsi 18 aprel 2016-cı il tarixində bir qrup şəxs tərəfindən ələ keçirilmişdir. Bununla bağlı, dərhal hüquq-mühafizə orqanlarına müraciət olunub. Təhqiqatın gedişatına mane olmamaq üçün 18.04.2016 tarixindən 22.04.2016 tarixinə kimi, səhifənin hücuma məruz qalması barədə rəsmi məlumat verilməyib.

Nəticədə, 22 aprel 2016-cı il tarixində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səyi və köməyi nəticəsində saytın itirilmiş rəsmi facebook səhifəsini bərpa etmək mümkün olub. Cinayətkarların axtarışı üzrə tədbirlər isə davam etdirilir.

Son 4 gün ərzində, bizdən asılı olmayan səbəblər nəticəsində rəsmi facebook səhifəmizdə oxucularımıza qarşı edilmiş hər hansı hörmətsizliyə görə, hər birindən üzr istəyir, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi sayəsində bu kimi halların bir daha yaşanmaması üçün əlimizdən gələni edəcəyimizi bildiririk. Bundan əlavə, son 4 gün ərzində səhifənin cinayətkarlardan alınması istiqamətində 24 saat boyunca çalışan RYTN əməkdaşlarına öz dərin təşəkkürümüzü bildiririk.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *