Lavrov Yerevanda danışıqlara başladı » AzNews.info -Xəbər portalı

Lavrov Yerevanda danışıqlara başladı

Lavrov Yerevanda danışıqlara başladı


Moskva atəşkəsin müddətsiz dayandırılması üzrə 1994-cü il və Dağlıq Qarabağ nizamlanması üzrə 1995-ci il tarixli müqavilələrə ciddi şəkildə əməl olunmasının lehinə çıxış edir.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın XİN rəhbəri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla Yerevanda keçirilən görüşündə bildirib.

“Biz indi Dağlıq Qarabağ nizamlanmasında hansı dövrün olduğunu başa düşürük. Biz, şəxsən prezident Vladimir Putin zorakılığın dayandırılması üçün səylər göstərib”, - deyə, o, bildirib.

“İndi atəşkəs haqqında razılaşmalara ciddi şəkildə riayət etmək və müddətsiz atəşkəs rejiminin bəyan edildiyi 1994 və 1995-ci il sazişlərinin pozulmasına yol verməmək prinsipialdır”, - deyə, nazir vurğulayıb.

Lavrovun sözlərinə görə, ATƏT-in xətti ilə əldə olunan etibar, gərginliyin azaldılması, snayperlərlə bağlı tədbirləri sona çatdırmaq lazımdır.

“Siyasi nizamlanmaya gəldikdə isə, biz əlimizdən gələni etməyə hazırıq. Zorakılıq və insidentlərə yol verməmək üçün hər bir şeyi etmək lazımdır”, - deyə, o, əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *