“Biz münaqişəni təşviq etmirik” » AzNews.info -Xəbər portalı

“Biz münaqişəni təşviq etmirik”

“Biz münaqişəni təşviq etmirik”


“Ehtiyac hasil olduqda Azərbaycana dəstək vertmək münaqişəyə təşviq etmək kimi başa düşülməməlidir.” ANS PRESS-in məlumatına görə, bu sözləri İran İslam Respublikasının Ramsar şəhərində Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirdiyi mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Nazir Çavuşoğlu işğal edilən torpaqların Azərbaycan əraziləri olduğunu vurğulayıb.

“İndi bir ölkə gəlib Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağı işğal edir, ondan sonra da Azərbaycan, Türkiyə günahkar olur. Bu cür düşüncə nə islama, nə də hummanizmə sığmaz. Dürüst olmaq lazımdır. Düzünü demək lazımdır. İşğal edilən torpaqlar Azərbaycan torpaqlarıdır.” – deyə qardaş ölkənin baş diplomatı söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsini qızışdırması barədə iddialara cavab verən Çavuşoğlu bu cür xəbərlərə görə təəssüfləndiyini bildirib.

“Dost və qardaş ölkədə bu cür iddiaların yayılması təəssüf vericidir. Bunlar həqiqət və doğru deyil. Hər şeydən əvvəl müsəlman isək, inanırıqsa dürüst olmalıyıq. Bizim bu istiqamətdə mövqeyimiz birdir. Qarabağ probleminin ən yaxın vaxtda sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmasını istəyirik.”

Ötən gün Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyə və İranın xarici işlər nazirləri ilə İran İslam Respublikasının Ramsar şəhərində dördüncü üçtərəfli görüşü keçirilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *