Çavuşoğlu Əliyev, Ərdoğan və Berdımuhəmmədovun üçtərəfli görüşündən danışdı
Azərbaycan-Türkiyə-Türkmənistan üçlü formatı liderlər səviyyəsinə çıxarmağa qərar verdik. İlk görüş Türkmənistanda olacaq.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu dünən Antalyada keçirilən üçtərəfli görüşdən sonra bildirib.
“Üç ölkənin dövlət başçıları bir araya gələcək. Ölkələrimiz arasında münasibətlər və xalqlarımız arasında əlaqələri gücləndirməyə töhfə verməkdən böyük məmnunluq duyuram”, - nazir deyib.
XİN başçısının sözlərinə görə, Türkmənistan tərəfi üçtərəfli görüş zamanı dövlət başçılarının görüşünün tarixini təklif edib.
“Türkiyə və Azərbaycan tərəfindən ən qısa zamanda cavab alandan sonra dövlət başçıları Türkmənistanda bir araya gələcəklər”, - M.Çavuşoğlu deyib.
Mənbə:> Oxu.Az