General Rüstəm Muradov atəşə tutuldu
Rusiya hərbçiləri və ATƏT-in monitorinq missiyasının nümayəndələri Donbasda atəşə məruz qalıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma Donetsk Xalq Respublikasının "müdafiə naziri"nin müavini Eduard Basurin söyləyib. Onun sözlərinə görə, atəş altında qalan şəxslər sırasında Rusiya generalı Rüstəm Muradov da olub. O, atəşin 15-20 dəqiqə davam etdiyini bildirib.
Qeyd edək ki, Donbas Ukrayna ərazisidir. Rusiya bölgədəki separatçılara dəstəyini artırdıqdan sonra onlar "müstəqillik" elan ediblər.
Mənbə:> Axar.az