Rusiya mətbuatı: Azərbaycan Qarabağı bir neçə günə alacaq » AzNews.info -Xəbər portalı

Rusiya mətbuatı: Azərbaycan Qarabağı bir neçə günə alacaq

Rusiya mətbuatı: Azərbaycan Qarabağı bir neçə günə alacaq


Rusiya baş nazirinin müavini, Dmitri Roqozinin Bakıya səfəri Rusiya KİV və hərbi ekspertlərin diqqətini çəkib.

Oxu.Az xəbər verir ki, “Komersant” qəzeti Roqozinin Bakıya səfərinin silah borcu ilə əlaqədar olduğunu yazırdı. Amma qeyri-rəsmi məlumata görə, səfər zamanı Roqozinin müzakirə etdiyi məsələlərin çevrəsi daha geniş olub.

Tərəflərin həm hərbi-texniki əməkdaşlıqla bağlı danışmasını Roqozinin Azərbaycan rəhbərliyi ilə görüşdən sonra Tviterdəki yazıları təsdiqləyir.

“Bakıya səfərin əsas yekunu: tərəflər hərbi texniki əməkdaşlıq kimi həssas sahədə məsuliyyətli və etibarlı tərəfdaş olduqlarını təsdiqlədilər”.

“Russkaya planeta” portalı Roqozinin səfərini bu kontekstdə təhlil edərək yazır ki, 2011-2014-cü illər ərzində Azərbaycan Rusiyadan cəmi 4 milyard dollarlıq silah və texnika sifariş verib. Bura S-300 PMU-2 “Favorit” zenit-raket komplekslərindən tutmuş T-90S tanklarına, “Smerç” reaktiv yaylım atəşi sistemlərinə qədər bir çox hücum silahları daxildir.

Portal qeyd edir ki, Rusiyanın Azərbaycana hücum silahları satmasına ilk növbədə Qarabağ münaqişəsi kontekstində baxmaq lazımdır. Çünki bu silahlanma irimiqyaslı regional müharibəyə səbəb ola bilər. Portal qeyd edir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən 13 dəfə artıqdır.

Ermənistanın səfil gündə olan iqtisadiyyatı ordunun döyüş qabiliyyətinin səviyyəsini aşağı salır.

“GlobalFirePower” reytinqində Azərbaycan ordusu dünyada 64-cü, Ermənistan ordusu isə 74-cü yerdədir.

Ermənistan bütün hərbi göstəricilər üzrə Azərbaycandan xeyli geri qalır. “Azərbaycanın ordusunu gücləndirməsi, şübhəsiz ki, Qarabağda müharibəyə hazırlıqdır. Azərbaycan ən azından Qarabağı geri qaytarmaq istəyir” - internet nəşr yazır.

Portal hərbi ekspertlərin Ermənistanın Azərbaycanın silahlı qüvvələrinin zərbələri qarşısında dözə bilməyəcəyinə dair fikirlərindən sitat gətirir.

“Bakını hücumdan ancaq Rusiya qorxusu çəkindirir. Ancaq Moskvanın Ermənistanı müdafiə etməsi asan olmayacaq. Çünki Ermənistanla birbaşa sərhədi yoxdur”.

Gürcüstan isə quru qoşunlarına dəhliz verməyəcək, bu halda Rusiya ancaq desant əməliyyatları, havadan dəstək və Xəzərdən zərbələrlə kifayətlənməli olacaq. Ancaq bu vəziyyəti dəyişməyə kömək edəcəkmi, demək çətindir.

Əgər Türkiyə də dəstək versə və Gürcüstan neytral qalsa, Azərbaycan ən azı Qarabağı bir neçə günə tutacaq. Rusiyanın isə variantları çox deyil. Ona görə də indidən Bakıdan qarantiya almaq lazımdır ki, müharibəyə başlamasın. Əks halda Azərbaycan rus silahları ilə erməniləri öldürəcək”, - nəşr yazır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *