Rəşad Mahmudun Azərbaycana rəsmi səfəri başlayır
MN məlumat yaydı.
Fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.
Mənbə:> Oxu.Az