Nikos Kotzias Azərbaycana rəsmi səfərə gəlir
Yunanıstan Respublikasının xarici işlər naziri Nikos Kotziasın Azərbaycana rəsmi səfəri başlayır.
Bu barədə Oxu.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, səfər çərçivəsində Nikos Kotziasın bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.
Görüşlərdən sonra mətbuat konfransı olacaq.
Fevralın 3-də Yunanıstan xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək, parlamentin sədri Oqtay Əsədov, Yunanıstan-Azərbaycan dostluq qrupunun sədri Natiq Əliyevlə görüşəcək.
Yunanıstanın XİN başçısının rəsmi səfəri 4 fevralda başa çatacaq.
Mənbə:> Oxu.Az