İki Avropa nəhəngi Türkiyəyə cavab verəcək
Fransa və Almaniya Türkiyənin Suriyanın şimalında uçuşa qadağan olunmuş bölgə yaradılması təklifini müzakirə edəcək.
Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında yaxın günlərdə hər iki ölkənin XİN rəhbərinin görüşəcəyi qeyd olunub.
Xatırladaq ki, Almaniya kansleri Angela Merkel Suriyada qaçqınların qorunması məqsədi ilə tərəflərdən heç birinin hava hücumu təşkil etməyəcəyi bölgə yaradılması lazım olduğunu açıqlamışdı.
Mənbə:> Axar.az