Ərdoğan və Salman: Əsəd getməlidir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə kralı Salman ibn Əbdül Əziz Əl Saud telefon danışığı zamanı Suriya prezidenti Bəşər Əsədə qarşı öz mövqelərini təkrarlayıblar və Suriyanın şimalında bu yaxınlarda həyata keçirilən aviazərbələri müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Reyter” agentliyi Ərdoğanın dəftərxanasında olan mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, iki ölkənin liderləri Bəşər Əsədin hakimiyyətdə olduğu dövrdə Suriyadakı mövcud münaqişənin həllinin mümkün olmadığını vurğulayıblar, eləcə də dinc əhalinin bombardman edilməsinin dayandırılmasına və blokadaların götürülməsinə çağırıblar. Onların fikrincə, bu hücumlar regionda humanitar vəziyyəti dərinləşdirir.
Agentlik qeyd edir ki, Ərdoğan və Səudiyyə Ərəbistanının kralı, eləcə də kürd yaraqlılarının Suriyanın şimalında Türkiyə sərhədinin yaxınlığında yerləşən Azaz şəhərinə hücumunu və türk ordusu tərəfindən cavab atəşini də müzakirə ediblər.
Mənbə:> Oxu.Az