General Azərbaycanın 4 milyard kredit alacağını təsdiqlədi – VİDEO
Dövlət Gömrük Komitəsinin sədr müavini Azərbaycanın Dünya Bankından 4 milyard kredit alacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
AzNews.info AzVision.az-a istinadən xəbər verir ki, komitə sədrinin Aydın Əliyevin müavini, general-leytenant Səfər Mehdiyev Azərbaycanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar apardığını təsdiq edib.
Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını bəyan etmişdi:
"Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı və Asiya Inkişaf Bankının nümayəndələri ilə Bakıda görüş keçirilir. Amma hər hansı 4 milyard dollar kredit alınması yoxdur. Vəziyyət o qədər acınaqlı deyil ki, kimdənsə təcili borc alaq. Əksinə, biz başqa dövlətlərə borc veririk".
Nazirin mövzu ilə bağlı çıxışını təqdim edirik:
Mənbə:> AzVision.az