BP rəhbəri: Neftin qiyməti artacaq
BP rəhbəri ikinci yarımildə Amerika və Çində tələbatın artması, ABŞ-da hasilatın dayandırılması, tədarükün azalması ilə əlaqədar neftin qiymətlərinin artmasını proqnoz verir.
Oxu.Az xəbər verir ki, Bob Dadli neftin qiymətinin son 12 ildə minimal həddə qədər ucuzlaşmasını nəzərə alaraq 2016-cı ilin birinci yarımilində neftin qiymətlərinin ucuzlaşmasının davam edəcəyini bildirib.
Onun bəyanatına görə, neftin qiymətləri bəzi analitiklərin proqnoz verdikləri kimi bir barel üçün 10 dollara qədər ucuzlaşa bilər.
“Neftin qiymətləri son ildə aşağı səviyyədə qalıb, hesab edirəm ki, bu, ucuz qiymətlər hələ uzun müddət qalacaq, amma həmişəlik olmayacaq”, - o bəyan edib.
“Birinci və ikinci rübdə biz real dəyişikliyin şahidi olacağıq.
Daha sonra aprel və yaxud da mayda avtomobil səfərlərinin yay mövsümündə ehtiyatlar azaldıqda Çin və Şimali Amerikada tələbat artacaq... və ikinci yarımildə neftin qiymətləri yüksəlməyə doğru dəyişəcək”.
Onun sözlərinə görə, ilin ortasında neftin qiyməti sabit olmayacaq, 30-40 dollar arasında dəyişəcək, ilin sonunda isə 50 dollar və daha çox olacaq.
Dadli Beynəlxalq energetika agentliyinin neft marketinin təkliflə zəngin olacağına dair xəbərdarlığına baxmayaraq öz fikrini bildirib.
Onun sözlərinə görə, neftin qiymətləri bir neçə ay ərzində bir barel üçün 20 dollara qədər ucuzlaşa bilər, ilin sonunda isə bahalaşmaya baxmayaraq çətin ki, bir barel üçün 100 dollara qədər artsın.
“Tələbat artır, benzinə olan tələbat Şimali Amerikada, Çində, Hindistanda artır, bu isə tələb və təklif arasında sabitlik yaradacaq”, - Dadli bəyan edib.
Dadli qeyd edib ki, əvvəldən elan edilmiş iş yerlərinin çoxunun azalması mümkündür.
Şirkətin İrana investisiya yatırmaqda marağı barədə müxbirin sualına o, şirkətin baş verənləri diqqətlə müşahidə etdiyini bildirib və ABŞ-ın sanksiya tətbiq edəcəyinə də işarə edib.
“Biz bu məsələdə ehtiyatlı olmalıyıq. İndi neft-qaz marketi investisiya planında hiper rəqabətqabiliyyətlidir, İran və Meksika var.
Biz seçimimizi dəqiq təhlil etməliyik. Mən düşünmürəm ki, kimsə İrana bunun İran olduğu üçün sərmayə yatırsın. Düşünürəm ki, bu kiçik kapitalımızın istifadəsi üçün iqtisadi əsaslanmış qərar olmalıdır”.
Mənbə:> Oxu.Az