Unibankdan müştərilərinə xain zərbə » AzNews.info -Xəbər portalı

Unibankdan müştərilərinə xain zərbə

Unibankdan müştərilərinə xain zərbə


Kredit, dollar mövzularının aktual olan bir çağında başıma gələn olayları oxucularımızla bölüşmək istərdim. Başlayaq ən başdan.

2015-ci ilin avqust ayı idi. Pula ehtiyacım olduğundan 1500 manat dəyərində "Albalı" kart almaq istədim. Unibanka yaxınlaşdıqda məlum oldu ki, bu kartı yalnız dollarla almaq mümkündür. Ən ideal təklif kimi 1000 manat dəyərində kiçik həcmli kredit və 500 dollar dəyərində Albalı kart almağın mümkün olduğu bildirildi. Fevralda baş verən devalivasiya şokundan təzə ayılmış biri kimi dollarla pul götürmək ən son düşündüyüm idi. Lakin məcbur qaldım və götürəsi oldum. Cəmi 4 ay sonra - dekabrda hamımız ikinci dəfə devalivasiya şokunu yaşadıq. Dollar şəklində "Albalı" kartla aldığım 520 manat məbləğində borc devalivasiyadan sonra, bir gün içində ən yaxşı halda 250 manat artdı.

Lakin, daim intizamlı və məsuliyyətli biri kimi kreditlərimi vaxtı-vaxtında ödəməyə davam etdim. Onu da qeyd edim ki, bundan öncə də, hər zaman kredit müqaviləsinin şərtlərini artıqlaması ilə yerinə yetirmək və kredit borcumu vaxtından əvvəl ödəyərək bitirmək istəmişəm. Belə ki, hər kredit ödənişində artıqlaması ilə, pul ödəyərək borcumun bir hissəsini vaxtından əvvəl Unibanka ödəmişəm. Unibank müştərisi olaraq kredit tarixçəmdə 1 gün belə gecikmə olmayıb və müqavilənin şərtlərinə tam riayət etmişəm.

Keçək əsas məsələyə. Bugünlərdə onlayn alış-veriş etməli oldum. Kartıma artıqlaması ilə pul yüklədim ki, aylıq faizlər silindikdən sonra nəzərdə tutduğum alış-verişi edə bilmək üçün lazımi məbləğ olsun. Lakin, heç cür onlayn alış-veriş etmək mümkün olmadı. Dolların kursunu falan beynimdə fırladaraq, "bəlkə başqa kursla hesablayırlar" deyib kartın hesabına əlavə pul da yüklədim. Bu dəfə də, alış-veriş etmək mümkün olmadı. Bankomata yaxınlaşdıqda isə, kartda 100 manata yaxın pul olduğu halda, bankomat ekranda balansımı normal göstərdiyi halda, kartdan bir manat da belə çıxartmaq mümkün olmadı. Unibanka yaxınlaşdıqda, dollarla olan bütün kartların dondurulduğunu dedilər. Maraqlısı budur ki, bu "dondurma" yalnız birtərəfli işləyir. Kart hesabınıza pul yükləyə bildiyiniz halda, oradan bir manat belə geri qaytara bilmirsiniz. Bu prosesin müvəqqəti olub-olmadığını və nə zaman yenidən kart hesabındakı pulu nağdsızlaşdırmaq mümkün olacağını soruşduqda isə, cavab almaq mümkün olmadı.

Unibankın rəsmi saytında isə deyilir: "Siz vəsaitinizi karta yükləyərək, istədiyiniz zaman istifadə edə bilər,üstəlik Unibank bankomatlarında vəsaitinizi KOMİSSİYASIZ NAĞDLAŞDIRA bilərsiniz. Albalı Plusun imkanları sizə internet üzərindən sadə və təhlükəsiz alış-veriş imkanı yaradır. Müştəri kartdan həmçinin digər bankların bankomatlarında, POS terminallarında da istifadə edə bilər."
Belə çıxır ki, bank öz müştərilərini aldatdı. Bank, Albalının bir kredit kartı olduğunu iddia edə bilər. Bu zaman isə, bankın nəzərinə çatdırmaq istərdim ki, kartın və kredit xəttinin müddəti 60 ay, kreditin müddəti isə 84 ay təşkil edir. Kartdakı hesabı dondurmaqla, Unibank müştərilərindən krediti vaxtından əvvəl ödəməyi heç bir halda tələb edə bilməz.


Unibankdan müştərilərinə xain zərbə


Digər bankda da, dollarla kredit kartım olduğundan dərhal digər banka yola düşdüm. Unibankda başıma gələnləri danışıb, eyni olayların burada da baş verib-verməyəcəyini dəqiqləşdirmək istədim. Onlar isə, sadəcə güldülər və bunun qanunsuz olduğunu bildirdilər.

10-dan çox filialı olan, Azərbaycanın bank sektorunda mühüm banklarından biri sayılan, istehlak kreditlərinin həcminə görə xüsusi çəkisi olan və çoxsaylı müştərisi olan bir bankın öz müştərilərini belə aldatması arxadan vurulan xain zərbədən başqa bir şey deyil. Çoxsaylı dostlarımın da bu bankda işlədiyini nəzərə alsaq, belə məqalə yazmaq özümə də xoş deyil. Ümid edirəm, bank rəhbərliyi sözügedən məsələ ilə bağlı, müştərilərinə üzrxahlıq edər və həllini tez bir zamanda reallaşdırar. Müqavilənin şərtlərini ilk pozan tərəfin bank olduğunu nəzərə alaraq, adı çəkilən məsələlər artıqlaması ilə həllini tapmayana qədər isə, banka bir qəpik belə ödəməkdən imtina edirəm.

Orxan Səfərli

Mənbə: AzNews.info (Orxan Səfərli)
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 20 yanvar 2016 06:23
  • Yazan: baobao
In this fashion conscious era, all the women like to have a Swiss rolex watches to look stylish. Louboutin Canada Because, having an authentically Rolex Replicas of any renowned brand is considered as the status symbol that adds spice in their personality and gives emphasis to their identity. UK Replica Handbags is one of Louboutin Outlet the prominent names offering a broad range of stylish and quality handbags, purses and wallets. Over the past decades, Rolex Watches has established itself as a world leading brand name in the fashion industry.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *