Mərkəzi Bank dollarla kredit məsələsində yardım edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bank dollarla kredit məsələsində yardım edəcək – İCLAS BİTDİ

Mərkəzi Bank dollarla kredit məsələsində yardım edəcək


Mərkəzi Bankda (MB) bank sektorunun nümayəndələri ilə keçirilən iclas başa çatıb.

AzNews.info xəbər verir ki, kommersiya banklarından birinin rəhbərinin APA-ya verdiyi məlumata görə, Mərkəzi Bankı iclasda MB-in baş direktoru Rəşad Orucov təmsil edib.

Banklar isə görüşdə İdarə Heyətlərinin sədrləri səviyyəsində təmsil olunub.

Görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi (bankların birləşməsi) müzakirə olunub.

Bildirilib ki, banklara dollarla krediti olan müştərilərə müvafiq yardımlar göstərmək tövsiyə olunur. Eyni zamanda qeyd olunub ki, MB banklara vəziyyətdən çıxmaqda yardım edəcək.

R. Orucov banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) aparmağı tövsiyə edib.

MB rəsmisi qeyd edib ki, bank sektorunda konsolidasiya prosesi sürətlənməlidir.

Bununla yanaşı, banklar manatla olan məhsullarını bazara daha intensiv çıxarmalıdır.

Banklara o da tövsiyə olunub ki, fərdi inkişaf proqramlarını hazırlasın.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *