Bu bank müştərilərin məzənnə itkilərini öz üzərinə götürdü
Unibank-a dollarda olan kredit borclarını həftə sonu- 19 və 20 dekabr tarixlərində bütün ödəniş məntəqələrində- bankın ödəniş terminalları, Milli Ön, E- manat terminalları , Azərpoçt, onlayn (unibank.az və hesab.az saytlarında) və digər kanallarla ödəyən müştərilərin məzənnə itkilərini bank öz üzərinə götürüb. Qeyd olunan günlərdə olan ödənişlər dolların Unibank-da olan köhnə məzənnəsi ilə (1 USD= 1.07 AZN) hesablanacaq.
Bundan başqa Unibank-ın plastik kart sahiblərinə də xoş xəbəri var. Manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi nəticəsində kart sahiblərinin məruz qala biləcəyi itkiləri də bank öz üzərinə götürməyə qərar verib. Bu məqsədlə, hesabı Azərbaycan manatında olan və 21 dekabrda yeni valyuta məzənnələri elan olunanadək xarici valyutada aparılan əməliyyat məbləğləri hesablardan silinərkən 18 dekabrda qüvvədə olmuş məzənnə əsas götürüləcəkdir. Bu qərar bankın həm kredit, həm də debit kartlarına şamil edilir.
Ödəniş kartları ilə mövcud hesablaşma qaydalarına əsasən tranzaksiya anında ilk növbədə əməliyyatın məbləğinin bloklanması (dondurulması) baş verir. Kart hesabının valyutası ilə əməliyyatın valyutası fərqləndikdə, bu proses həmin ana qüvvədə olan məzənnə əsasında aparılır. Vəsaitin hesabdan silinməsi isə faktiki olaraq 30 gün ərzində baş verə bilir. Bu zaman vəsait müştərinin hesabından cari günün məzənnəsi ilə silinib Beynəlxalq Ödəniş Sistemlərinə köçürülür. Yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması zamanı bloklanmış məbləğə nisbətən daha çox məbləğ silinə bilər ki, bu hal müştərilərlə bağlanan “Ödəniş kartlarına xidmət göstərilməsi”nə dair razılaşmada müştərini riski kimi dəyərləndirilir. Buna baxmayaraq, müştəri məmnunluğuna daim önəm verən Unibank bu itkini müstəsna hal kimi qarşılamağı qərara alıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank) əldə etmək olar.
Mənbə:> Banco.az