“Unibank”ın rəhbərliyində ciddi dəyişiklik oldu
“Unibank”da ciddi kadr və struktur dəyişikliyi baş verib.
AzNews.info xəbər verir ki, “APA-Economics”in xəbərinə görə, bankın İdarə Heyətinin üzvü, eyni zamanda Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı Azad Qasımov öz ərizəsi ilə işdən çıxıb.
Bundan başqa, Məcid Məmmədov Korporativ bank xidmətləri departamentinin rəhbəri vəzifəsində İqor Okayevi əvəz edib.
Bankdan münasibət mümkün olmayıb.
Mənbə:> APA-Economics