Neft kəskin ucuzlaşır – 33 DOLLAR
Neftin qiyməti tarixi minimumu yeniləməyə davam edir.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,22 dollar və ya 6,10% ucuzlaşaraq 34,20 dollar olub (Bakı vaxtı ilə saat 00:30-yə olan məlumat).
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,07 dollar və ya 5,75% azalaraq 33,90 dollar təşkil edib.
Qeyd edək ki, sonucu dəfə neftin qiyməti bir barel üçün 34 dollar 11 il əvvəl olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli