Brent markalı neftin qiyməti 53 dollar oldu
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,38 dollar və ya 0,72% artaraq 53,03 dollar olub.
Oxu.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,43 dollar və ya 0,87% bahalaşaraq 50,06 dollar təşkil edib.
Mənbə:> Oxu.Az