Brent markalı neftin qiyməti 48 dollara düşdü
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,77 dollar və ya 1,58% azalaraq 48,79 dollar olub.
Oxu.Az oil-price.net-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrın 2-də keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,98% ucuzlaşaraq 46,14 dollar təşkil edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli