Putindən Inın bombası ilə bağlı xəbərlərə MÜNASİBƏT
Kremldə KXDR-da hidrogen bombasının sınağı ilə bağlı bəyanatla əlaqədar narahatçılıq bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə yanvarın 6-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib, İnterfaks məlumat yayıb.
Onun sözlərinə görə, Vladimir Putin “əgər sınaq barədə məlumat təsdiqlənərsə, bütün ölçü, o cümlədən də seysmoloji stansiyalarının göstəricilərini öyrənməyi tapşırıb”.
NATO-nun baş katibi Yens Stoltenberq sınağın keçirilməsini pisləyərək, bəyan edib ki, Phenyan nüvə silahından imtina etməlidir, Reuters məlumat yayıb.
Alyansın rəhbəri bu qəbildən olan hərəkətin regional sabitliyə təhlükə yaratdığını vurğulayıb.
Daha öncə KXDR hidrogen bombasının ilk uğurlu sınağı barədə məlumat yayıb (Phenyanın belə bir silaha sahib olduğu barədə Kim Çen In hələ keçən ilin dekabrında xəbərdarlıq etmişdi).
Mənbə:> Oxu.Az