“PKK Türkiyənin düşmənlərinin oyuncağıdır” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

“PKK Türkiyənin düşmənlərinin oyuncağıdır”

“PKK Türkiyənin düşmənlərinin oyuncağıdır”


PKK terror təşkilatı Türkiyəyə qarşı düşmən münasibət bəsləyən bütün dövlətlərin, bütün qaranlıq təşkilatların oyuncağına çevrilib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni il təbrikində deyib.

O, 2016-cı ildə də PKK-ya qarşı əməliyyatların davam edəcəyini bildirib:

“PKK terror təşkilatı Türkiyəyə qarşı düşmən münasibət bəsləyən bütün dövlətlərin, bütün qaranlıq təşkilatların oyuncağına çevrilib. Türkiyənin bu problemi həll etməyə çox yaxınlaşdığı bir dövrdə yenidən silahlı hücumlara başlaması PKK-nın bölgə xalqının haqqını müdafiə etmək kimi bir niyyətinin olmadığını üzə çıxardı. Türkiyə PKK-nın öhdəsindən gələcək gücə və imkana malikdir. Təhlükəsizlik qüvvələrimiz həm dağları, həm də şəhərləri terrorçulardan təmizləyir və təmizləməyə davam edəcək. 2015-ci ildə 3 min 100-dən çox terrorçu zərərsizləşdirilib. Bu problemin öhdəsindən gələcəyik. 2016-cı ilin ölkəmiz, millətimiz, regiondakı qardaşlarımız və bütün insanlıq üçün sülh, əmin-amanlıq, rifah içində keçməsini arzu edirəm”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *