Ərdoğan erməniləri və geyləri Türkiyəyə qarşı təxribatda ittiham etdi
Ümumi seçkilər ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz tənqidçilərini, jurnalistlər, ermənilər və qeyri-ənənəvi oriyentasiyalı şəxsləri Milli demokrat partiyasını dəstəkləməkdə ittiham edib, Oxu.Az bu barədə Hurriyetdaily saytına istinadən xəbər verir.
““Doğan Media” onların əsas müttəfiqidir. Erməni lobbisi, homoseksuallar və Əlisiz Ələviliyə inananlar – bütün onlar təxribatda iştirak edirlər”, Ərdoğan iyun ayının 3-də şərqi vilayətin sakinləri qarşısında çıxış edərkən bildirib.
Qeyd etmək lazımdır ki, ölkənin parlamentində hakimiyyət partiyasının tutduğu yerlərin sayı, Milli demokrat partiyasının 10% səviyyəsini aşa biləcəyindən asılıdır.
O həmçinin beynəlxalq mətbuata qarşı ritorikasını təkrarlayıb.
“Onları bəzi xarici KİV dəstəkləyir, onlar Türkiyəyə öz koloniyaları kimi baxırlar”, - Ərdoğan bəyan edib.
Mənbə:> Oxu.Az