Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı

Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı


Rusiya Dövlət Duması Türkiyə Böyük Millət Məclisi ilə əməkdaşlığı dayandırıb, amma “Ədalətli Rusiya” ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Duma sədrinin müavini, “Ədalətli Rusiya” (“Spravedlivaya Rossiya”) Partiyasının sədri Nikolay Leviçev bildirib.

“Rusiya və Türkiyə parlamentariləri arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib. Ancaq “Ədalətli Rusiya” ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır”, - Leviçev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Dövlət Duması Türkiyənin parlamenti ilə əməkdaşlığı hakimiyyətin orqanı olduğu üçün dayandırıb.

Amma Türkiyə parlamenti xalq tərəfindən seçildiyi üçün biz türkləri düşmən saymırıq. Prezident Vladimir Putin Federal Şuraya müraciətində demişdi ki, biz onları rəsmi Ankaraya bərabər tutmuruq”,- Leviçev jurnalistlərə bildirib.

““Ərdoğanlar” gəldi-gedərdi, Rusiya və Türkiyə xalqları arasında münasibətlər isə həmişə qorunub saxlanılmalıdır.

Bu gün İŞİD üzərində qələbə və Yaxın Şərqdə sabitliyin bərpa olunması sağlam düşünən siyasətçilərin təmas nöqtəsinin tapılması və ən çətin məsələlər üzrə razılığa gəlmə bacarığından asılıdır”, - o sözünü yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *