Türkiyə: “Azərbaycan G20-yə böyük töhfə verə bilər”
Azərbaycanın G20 sammitində iştirakı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.
Mənbə deyib ki, Azərbaycan G20-yə böyük töhfə verə bilər:
“Azərbaycan hazırda regionun ən inkişaf etmiş ölkələrindən biridir”.
Trend-in məlumatına görə, Ankara G20-də sədrliyi dövründə iştirakçı ölkələrin diqqətini bu təşkilata daxil olmayan dövlətlərə cəlb etmək niyyətindədir:
"Sammit ərzində enerji məsələlərindən başqa, bəzi ölkələrin liderləri ilə Suriya böhranı da müzakirə ediləcək".
Mənbə:> Trend