İlham Əliyev Ucara getdi
Azərbaycan prezidenti İlham Əliyev Ucar rayonuna səfər edib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlətin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Ucar rayon icra başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib.
Bildirilib ki, H.Əliyevin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.
Mənbə:> AzərTAc