İran prezidenti təcili qaydada Nyu-Yorku tərk edir
İran prezidenti Həsən Ruhani Məkkədə həcc zamanı iranlıların həlak olması ilə əlaqədar BMT Baş Assambleyasına səfərini yarımçıq qoyaraq, Tehrana qayıdacaq, Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
“Nyu-Yorka gəldiyi vaxtdan prezident Minadakı hadisələri və həlak olan, yaralanan iranlı zəvvarlar barədə xəbərləri diqqətdə saxlayıb”, - İRNA agentliyi İran prezidentinin mətbuat xidmətindən sitat gətirir.
Həlak olan iranlı zəvvarların olduğu ilk təyyarə Tehrana sentyabrın 29-da gələcək, buna görə də, Ruhani ABŞ-ı sentyabrın 28-də tərk edəcək.
Qeyd edək ki, son məlumatlara görə Məkkədə baş verən faciədə 169 iranlı ölüb, bu ölkənin daha 300 vətəndaşı itkin düşənlər arasındadır.
Mənbə:> Oxu.Az