Məkkədə daha bir faciə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Dünya

Məkkədə daha bir faciə – VİDEO

Məkkədə daha bir faciə

Məkkənin üzərindən qara buludlar çəkilmək bilmir.

AZXEBER.COM ANS TV-yə istinadən xəbər verir ki, qaldırıcı kranın aşması və 100-dən artıq insanın həlak olmasından sonra bu dəfə Məkkədən uçqun xəbərini aldıq.

Məkkədə dağ uçdu, hadisə nəticəsində bir nəfər dünyasını dəyişdi, hələ də dağıntılar altında qalanlar var.

Zəvvarların Həcc ziyarətinin yeninə yetirdiyi bir vaxtda müqəddəs torpaqlarda baş verən bu hadisədə insanlar arasında xəsarət alanlar oldumu? Onların arasında azərbaycanlı zəvvarlar varmı?

Məkkədə ölümlə nəticələn daha bir hadisə baş verib. Belə ki, gecə saatlarında dağ uçaraq yaxınlıqda yerləşən mehmanxanaya ciddi ziyan vurub.

Uçqun zamanı mehmanxananın divarı tamamailə dağılıb və nəticədə iki nəfər zəvvar dağıntılar altında qalaraq dünyasını dəyişib, hələ də dağıntılar altında qalanlar var.

Hazırda dağıntılar altında qalan zəvvarların çıxarılması ilə bağlı işlər aparılır.

Qeyd edim ki, bu vaxta qədər iki nəfər zəvvarın dağıntılar altında çıxarılıb. Həmin zəvvarlar arasında azərbaycanlı zəvvarları yoxdur.

Artıq Həcc ziyarətini yerinə yetirmək üçün Məkkəyə gələn zəvvarlar sayca üçüncü xoş olmayan hadisə ilə qarşılaşırlar.

Əvvəlcə qaldırıçı kranın aşması və 107 nəfərin ölümü, 180 nəfərin yaralanmasına səbəb oldu. Daha sonra zəvvarların qaldığı mehmanxanaların birinin 7-ci mərtəbəsində yanğın baş verdi. Yanğın zamanı daha 3 nəfər zəvvar dünyasını dəyişdi. Sonuncu hadisədə isə bir nəfər zəvvarın ölümü ilə nəticələn dağ uçqunu baş verdi.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *